Əxlaqsız qadınların nəslindən?

İddia

“Əl-Kuleyni əl-Kafi 8/135, ər-Ravdada sizin imamlarınızdan nəql edir: (Bizim şiələrimizdən başqa bütün insanlar vələdüzzinadır)”

Hədis

Muhəmməd bin Əli Əli ibn-əl-Abbasdan, o da əl-Həsən bin Abdurrəhmandan, o da Asim bin Həmiddən, o da Əbu Həmzədən rəvayət edir ki, o, imam Cəfər Sadiqdən (ə.) soruşdu: „Söyüş söyən, böhtan atan, sizə müxalif olan səhabələrə nə deyirsən?“ İmam Sadiq (ə.) cavab verdi: „Onları dayandırmaq daha gözəldir.“ Sonra o dedi: „Ey Əbu Həmzə, bizim tərəfdarlarımızdan başqa bütün insanlar əxlaqsız qadınların nəslindəndir.“ [Əl-Kafi, c. 8, s. 285, hədis 431]

علي بن محمد، عن علي بن العباس، عن الحسن بن عبد الرحمن، عن عاصم بن حميد، عن أبي حمزة، عن أبي جعفر عليه السلام قال: قلت له: إن بعض أصحابنا يفترون ويقذفون من خالفهم؟ فقال لي: الكف عنهم أجمل، ثم قال: والله يا أبا حمزة إن الناس كلهم أولاد بغايا ما خلا شيعتنا

Düzgünlüyü

Şeyx Əli əl-Muhsin (r.) yazır: „Bu hədisin sənədi mötəbər deyil, çünki ravilərdən biri Əli ibn-əl-Abbas əl-Karadini, yaxud əl-Caradini etibarsızdır. Eynilə ravilərdən əl-Həsən bin Abdurrəhman hədis nəqlində güvənilən deyildir.“ [Li-llahi Və-Lil-Həqiqəh, c. 2, s. 486]

قال الشيخ علي آل محسن: هذا الحديث ضعيف السَّند، فإن من جملة رواته علي بن العباس، وهو الخراذيني أو الجراذيني، وهو ضعيف. ومنهم: الحسن بن عبد الرحمن، وهو مهمل في كتب الرجال

Əhməd bin Əli ən-Nəcəşi (r.) yazır: „Əli ibn-əl-Abbas əl-Karadini ər-Rəzi çox ittiham və tənqid olunmuşdur. O, son dərəcə etibarsızdır.“ [Rical ən-Nəcəşi, c. 2, s. 78]

قال النجاشي في رجاله: علي بن العباس الخراذيني الرازي، رُمي بالغلو وغُمز عليه، ضعيف جداً

İbn-əl-Qədairi (r.) yazır: „Əli ibn-əl-Abbas əl-Caradini əbul-Həsən ər-Rəzi tanınmışdır. Bunun tərənnümünün bir izahı var – və alçaldıcı mərhələləri, hansı ki, onun korlanmasının və imanının yox olmasının sübutudur. Onun nəql etdiyi diqqətə layiq və dəyərli deyildir.“ [Rical əl-Qədairi, s. 79]

وقال ابن الغضائري: علي بن العباس الجراذيني، أبو الحسن الرازي، مشهور، له تصنيف في الممدوحين والمذمومين يدل على خبثه وتهالك في مذهبه، لا يُلتفت إليه ولا يُعبَأ بما رواه

Əllamə Muhəmməd əl-Baqir əl-Məclisi (r.) hədisin sənədini belə şərh edir: „Mötəbər deyil.“ [Mirat-ul-Uqul Fi Şərh Əxbar Al-ir-Rəsul, c. 26, s. 306]

قال محمد الباقر المجلسي: ضعيف