Səfəvilərin Təbrizdə ETDİYİ TÜRK-SÜNNİ qırğını ..!

Təbrizin işğalında İsmayıla yardımcı olmuş Zəkəriyyə Keçəçi necə bir xəyanət etdiyinin şüuruna gəlib çıxmışdı. Təbriz Şuubi planları əlində əsir olmuşdu. İstədikləri cinayətləri edəcəkdilər.
Zəkəriyyə Keçəci Şah İsmayıla Şiələşdirmə siyasətindən əl çəkməsini təklif etdi. Təbriz əhalisi şiə padşah istəməz dedi (12 Alem Arayi Səfəvi 64. یفص یاسآ نلاع 64)

Ancaq sünniləri təhlükəli yaradılış, quyruqlu məxluqlar sayan Şah İsmayıl Şuubiyyənin ona verdiyi vəzifəni yerinə getirmək fikrində idi. Xalqı “haqq dininə” gətirmək istəyirdi.Özünü  Mütləq haqq sandığından Təbriz əhalisini də bu haqqla tanış etmək istəyirdi.Ayrıca Kərbəla şəhidlərinin də intiqamını Sünnilərdən almaq fikrində idi.Tebriz əhli sünni olduğu üçün onları həzrəti Hüseynin qatilləri kimi görürdü.Tebriz bir dəlinin əlində əsir olmuşdu.Buna görə Təbriz əhlinin dinlərinə qarışmamasını təklif edən adama bu cavabı vedi: “Məni bu iş üçün göndərdilər. Böyük Tanrı və günahsız imamlar mənimlədir. Mən kimsədən qorxmuram. Xalq söylədiklərimi qəbul etməzsə, Tanrının köməyi ilə hamısını qılıncdan keçirərəm. “(12 Alem Arayi Səfəvi 64. یفص یاسآ نلاع 64)

O, uşaqlıq xəyallarına qarışmış olan nifrət və kinlə elə iç-içə girmişdi ki, tarixi və sosial həqiqətləri anlamaq istəmirdi, anlaya bilməzdi. Bir əmri ilə canını fəda edəcək Anadolu çöllərindən gəlmiş Qızılbaşlar qeydsiz-şərtsiz itaətləri onun cəsur davranmasına səbəb olurdu. Onun baxışında dünya xeyir-şər, işıqlı-qaranlıqdan meydana gəlirdi. Xeyr və işıqlı tərəfi şiə və şərlə qaranlıq tərəfi sünni idi. Xeyr və işıqlı Şər və qaranlığın kökünü qazımalı idi. Bütün bu cəzaların da Təbrizin sünni türkləri ödəməli idi.İsmayıl bu dönəmdə elə bir yaşdadır ki, onun ağılını iki amil istiqamətləndirməkdədir: 1 – Uşaq fantaziyaları 2 – Şuubiyye müdrikləri və məlumatları. Bədrəddindən başlayıb İsmayılda iqtidara yüksələn hülulçuluq, yəni ruhun bədəndən bədənə keçmə fikiri Şuubiyyənin əlinə bir fürsət kimi düşmüşdü. İsmayılda 12 imamının ruhu mərkəzləşmiş və vəliullah olmuşdu.

Qızılbaşlar Təbrizi işğal etdiyi günün ertəsi cümə günü idi. Cümə günü Şah İsmayıl Cami” məscidinə gəldi. Məsciddə olan hər iki sünni arasında bir əli qılınclı qızılbaşın hazır dayanmasını istədi. Şah İsmayıl sünni məzhəbinin mənsuh (batil) olduğunu eşitdirdi. Məsciddəki kütlənin Qarışıqlıqdan nəfəsləri tutulmuşdu. Sonra Əbu Bəkr, Ömər, Osmana və Aişə lənət etməyib səssiz qalanların başlarının dərhal vurulmasına əmr etdi. Minbərə çıxaraq orada olan kütləyə dedi: “Sünnilərdən təbərra edin (uzaqlaşın). ‖,-Əbu Bəkr, Ömər və Osmana lənət söyləyin! ‖ Orada əllərində qılınc tutan Qızılbaşlar-Çox lənət, daha çox lənət! ‖ Deyə qışqırdılar. xalq etiraz etdi və qarışıqlıq qopdu. Şah yenidən yüksək səslə-Kim bu sözləri söyləməzsə öldürüləcəkdir ‖ dedi (12 Alem Arayi Səfəvi 64. یفص یاسآ نلاع 64)

Məsciddəki əhali türkçəni gilək ləhcəsi ilə danışan və əlində qılınc tutan İsmayıl adında bu xarici uşağın-Əbu Bəkr, Ömər və Osmana lənət söyləyin! ‖ Bağırtısını yenidən eşitdilər. Xalq iki qorxu arasında sıxışıb qalmışdı. Bir tərəfdən İslam böyüklərinə lənət söyləsələr Allahdan qorxurdular, digər tərəfdən də əllərində qılınc tutmuş öldürməyə hazır olan Qızılbaşlardan. Bir çoxu bu sözləri eşitməmək üçün barmaqları ilə qulaqlarını tıxadılar. Şəhərin İslam alimlərindən bir neçəsi məsciddən çıxmaq istədilər. Ancaq minbərdə əlində qılınc oturmuş Şah bu dəfə daha yüksək səslə-təbərra edin! ‖ Dedi. (12 Alem Arayi Səfəvi 64. یفص یاسآ نلاع 64) Kimsə təbərra etmədiyi üçün Şah məsciddə olanların hamısının boyunlarının vurulmasını əmr etdi. Təbriz məscidi böyük bir qətl yerinə çevrildi. Kimsə Qızılbaşlar əlindən sağ qurtulmadı.

Bunun üzərinə Qızılbaşlar Təbrizlilərin mallarına və namuslarına təcavüz etmək üçün sərbəst buraxıldılar. Şəhərin bütün din adamları, müəzzinləri, müəllimləri və namaz qılıranları həbs olundular. Onlardan xəlifələrə lənət söyləmələri istəndi. Axirətdən qorxan Təbriz türkləri bunu etmədikleri üçün öldürüldülər. Evləri yandırıldı, qadınlarına, qızlarına təcavüz edildi. -Azərbaycan sünnilərin murdar və iyrənc varlıqlarından təmizləndi. (Emir Mahmud Xandəmir-tarixi-Şah İsmayıl və Şah Təhmasib, səhifə 66.)

Səfəvi rəsmi tarixçilərinin murdar və iyrənc varlıqlar olaraq təyin etdikləri qətl edilən bu insanlar Azərbaycanın din alimləri və sünni inanclı insanları idi. Qızılbaşlar Təbrizin küçələrində əllərində balta gəzir xəlifələrə lənət göndərirdilar. Evdən çölə çıxıb-daha çox lənət ‖ söyləməyənlərin evlərinə girib ailəni qətl edib qızlara təcavüz edirdilər.Sünnilərin dəyəri yalnız it qədər olduğu üçün onların itlərini də öldürürdülər. Təbriz heç bir zaman belə bir dəhşətlə qarşılaşmamışdı. Şəhərin qabaqcıl adları başqa ölkələrə qaçmaq üçün yollar axtarırdılar. (Venesiyalıların səfərnaməsi, tərcümə Manuçöhr Əmri Xarəzmi nəşriyyat Tehran 1349) وجشت, ىاشیا سد ىایضی هاشفس
ه چ ش اهیشی ا تطاسات خ اسصهی ت شاى 1349)

Təbriz sünni alimlərindən bir çoxu ailələrini də götürüb Şəhərdən qaçırdılar (Həbib-ül Seyr Qiyasəddin Xandəmir 468.)

Bir neçə gün içində Təbrizdə 20 min insan öldürüldü. Şah İsmayılın Təbrizdə etdiyi cinayətə bəşər tarixi şahid olmamışdır. Bəlkə Şah İsmayıl Neronla qiyaslamaq mümkündür. (ىایضی هاشفس 409 – 310 Venesiyalılar səfərnaməsi 310-409.)

Şah İsmayılın etdiyi cinayətlərin xəbərləri Avropaya qədər çatmışdı.Qızılbaşlar Ərdəbil küçələrində gəzir və-Əbu Bəkr, Ömər, Osmana lənət ‖ deyə bağırırdılar. Hansı evdən səs çıxmırdısa, o evi yandırırdılar. Evlərin içində uşaqlar da yanaraq can verirdi. (Aləm Arayi Səfəvi səhifə 54.)

Bir il içində Azərbaycan Xandəmirin dediyi təbirlə-murdar və iyrənc ‖ adamlardan təmizləndi. Öldürülməyənlər də qaçıb başqa ölkələrə yerləşdilər (شیسلا ةیثح 468. Həbib-ul Seyr 468.)

Təbrizdə olan Venesiyalı bir tacir xatirələrində yazır:
Təbrizdə olduğumda Anadoludan könüllü olaraq Şah İsmayılın buyuruğu altına və onun bayrağının altına keçən axınları gördüm. Xüsusilə Anadoludan, Qaramandan axınlar gəlirdi. İsmayıl da onlara inayətdə tapılır, vəzifə və mövqe verirdi. (ىایضی هاشفس 423. Venizlilərin səfərnaməsi 413.)

Qızılbaşların sayı artdıqca Azərbaycan türklərinin qara günü də artırdı. Azərbaycana çatan hər Qızılbaş sünni öldürüb Kərbəlayı intiqamını alırdı. Əslində isə, İntiqam adı altında xalqın mallarına sahiblənirdilər.Venesiyalıların izah etdiklərinə görə Təbriz, Ərdəbil və Zəncan kimi Azerbaycanın böyük Şəhərləri qanlı günlər keçirir xalq qətl edilir, aclıq və səfalətdən yox olurdu. Yerli əhalinin qızları və qadınları fahişəliyə cəlb edilirdi. Yaraşıqlı sünni gənc kişilərlə seks edir onlari cinsi istismar edirdilər. İndiki vaxtda İran İslam zindanlarında kişi uşaqlara edilən cinsi təcavüz Səfəvi mədəniyyətinin mirası olsa gərək. -Şah İsmayil əmr etdi ki, Təbrizin ən yaraşıqlı və gözəl gənc kişilərindən 12 oğlan gətirsinlər. Sarayda Şah onlarla seks etdi. Sonra onlara təcavüz edilməsi üçün Qızılbaşlara buraxdı. (Ankara Hüseyn Qazi Dərnəyi YOL jurnalı sayı 19 İsmail Qayğısız-Ələviliyin Qızılbaş Siyasi Hərəkatı və Şah İsmayıl ‖ Ankara.)

Bütün bu üsullar Sünniliyi alçaltmaq üçün idi. Bu yolla Azərbaycan əhalisi alçaldılmış məzhəblərindən asanca Qopa bilirdilər. Bir tərəfdən qətl, digər tərəfdən aşağılama. Bunların təsiriylə Azərbaycan Qaraqoyunlu və Bayındırlı türk mədəniyyəti və kimliyindən tamamilə qoparaq İran Şuubiyə kimliyinin bir hissəsi olacaqdı ..)

 

 

Yorum bırakın